Kliniki Tibbi Mərkəzdə bəzi əməliyyatların icrası DAYANDIRILIB

Kliniki Tibbi Mərkəz ilə bağlı redaksiyamıza şikayət daxil olub.
Aysel Həsənova qeyd edib ki, valideyninin əməliyyatı günlərdir, icra olunmur.
O, şikayətini belə izah edib:
"Anam 2024-cü il 9 oktyabr tarixində Kliniki Tibbi Mərkəzdə əməliyyat keçirib. 4 aprel 2025-ci il tarixində yenidən əməliyyat üçün xəstəxanaya müraciət etsək də, adıçəkilən xəstəxananın sterilizasiya aparatlarının 4 gündür işləmədiyi üçün əməliyyatı icra etməyəcəklərini qeyd etdilər. Aparatların hansı səbəbdən işləmədiyi barədə bizə məlumat verməyiblər.
Bülleten tarixinə əsasən, anam 8 aprel tarixində əməliyyat olunmalıdır. Müraciət etdikdə isə bizə qeyd olunan tarixə kimi aparatların bərpa olunub-olunmamasının məlum olmadığını dedilər. Hazırda Kliniki Tibbi Mərkəz yalnız təcili yardım üçün gələn xəstələri qəbul edir. Anam günlərdir, dözülməz ağrılardan əziyyət çəkir.
Necə olur ki, xəstəxanada əməliyyat olunası adamı gözlədirlər? 8 aprel tarixinə kimi aparatları işə düşəcəkmi? Belə bir problem varsa, 4 gündür, niyə həll edilmir?"
Məsələyə aydınlıq gətirmək üçün Kliniki Tibbi Mərkəzə üz tutduq.
Qurumun Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq qeyd edilib ki, avtoklav sterilizasiya aparatında yaranmış texniki nasazlığa görə bir sıra travmatoloji əməliyyatların icrasında müvəqqəti fasilə yaranıb:
"Sözügedən avtoklav aparatının təmiri prosesinə artıq başlanılıb, növbəti həftədən etibarən tam funksional vəziyyətə gətiriləcək və əməliyyatların icrasına başlanılacaq".(oxu.az)
İlham Əliyev Fərman İmzaladı
Bakı-Tbilisi dəmiryolu marşrutu üzrə gündüz reysi açılacaq?
Gürcüstana qatarla səyahət 40 manat oldu - Yerlərin sayı artırıldı - FOTOLAR
İlham Əliyev ona Agentlikdə yüksək vəzifə verdi - SƏRƏNCAM - FOTO
Prezident vacib fərman imzaladı
Prezident nazirlə bağlı SƏRƏNCAM İMZALADI
Prezident tapşırıq verdi: Bu ilin oktyabr-noyabr aylarından etibarən... - FOTO
Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunda son vəziyyət necədir? - VİDEO
“1xBet”də qanunsuz mərc oyunları təşkil edən dəstə tutuldu - Kiberpolisdən əməliyyat - VİDEO
Prezidentdən Naxçıvanla bağlı mühüm FƏRMAN
Xəzərin sahillərinin təmizlənməsi hansı qurumun məsuliyyətidir? - AÇIQLAMA - FOTO










