Konqresdə atışma zamanı 1 nəfər yaralanıb, Nümayəndələr Palatası iclasını dayandırıb - FOTO - VİDEO

ABŞ Senatının ardınca Nümayəndələr Palatası da Konqresin binasının daxilində baş verən etirazlara görə iclasını yarımçıq kəsib.
Avtosfer.az xəbər verir ki, bu barədə Nümayəndələr Palatasının mətbuat xidməti özünün tvitterdəki hesabında bildirib.
Qeyd edilir ki, Konqres üzvləri binadan təxliyyə ediliblər.
Müxtəlif nəşrlərin jurnalistlərinin hadisə yerindən bildirib ki, etirazçılar zorla iclasın getdiyi zala girməyə çalışırlar.
Yerli radionun verdiyi məlumata görə, silahlı Kapitoli polisi etirazçılardan Konqresin binasını tərk etməyi tələb edib.
PBS telekanalı isə mənbəyə istinadən Konqres binasında atışmanın baş verdiyi bildirib. Qeyd edilir ki, etirazçılardan biri sinəsindən yaralanıb.
Öz növbəsində Vaşinqton meri Myuriel Bouzer vəziyyətə nəzarət etmək üçün Milli Qvardiya bölmələrini Konqresə göndərməyi xahiş edib. NBC telekanalı bildirib ki, Nümayəndələr Palatasının spikeri Nensi Pelosi də analoji müraciətlə çıxış edib.

Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu












