Koronavirüsa yoluxanları ölümdən qurtaran dərmanlar AÇIQLANDI

ABŞ-ın Kolumbiya Universitetinin alimləri, xolesterol səviyyələrini salmaq üçün statin qəbul edən COVID-19 xəstələrində ölüm riskinin təxminən iki dəfə azaldığını kəşf ediblər.
Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, tədqiqatçılar, pandemiyanın ilk 18 həftəsi ərzində xəstəxanaya yerləşdirilən 2626 koronavirus xəstəsi haqqında məlumatları təhlil ediblər. Üstəlik, 648 nəfər COVID-19-a yoluxmazdan əvvəl mütəmadi olaraq statin qəbul edib.
Statin qəbul edənlər arasında 96 nəfər (14,8 faiz) xəstəxanaya yerləşdirildikdən sonra 30 gün ərzində xəstəxanada ölüb, statin qəbul etməyənlərdə isə bu göstərici 172 xəstə (26,5 faiz) olub.
Tədqiqatçılar demoqrafik fərqləri, xəstəlikləri və xəstəliyin nəticələrinə təsir edə biləcək digər dərmanları nəzərə alıblar.
Onların dəyərləndirməsinə görə, statinlər xəstəxanaya yerləşdirilənlərin ölüm nisbətini ilk 30 gün ərzində 50 faiz azaldıb.
Dərmanlar iltihab göstəricisi olan C-reaktiv zülalı da azaldır.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












