Lavrov Zəriflə Qarabağdakı vəziyyəti müzakirə edib

Rusiya Xarici İşlər naziri (XİN) Sergey Lavrov və İran XİN rəhbəri Məhəmməd Cavad Zərif telefon danışığı zamanı Dağlıq Qarabağdakı mövcud vəziyyəti müzakirə ediblər. Avtosfer.az xəbər verir ki, bu barədə TASS Rusiya XİN-ə istinadla xəbər yayır. “Dağlıq Qarabağdakı mövcud vəziyyət, Rusiya tərəfinin münaqişə zonasında tam atəşkəsə nail olmaq üçün göstərdiyi səylər, həmçinin, hərbi əməliyyatların təsirinə məruz qalan mülki əhaliyə humanitar yardımın göstərilməsi müzakirə edilib”, - deyə məlumatda qeyd olunur. Nazirlər, eyni zamanda, Suriya, Fars körfəzi, Yəmən və Əfqanıstandakı vəziyyət də daxil olmaqla, digər əsas mövzular ətrafında fikir mübadiləsi aparıblar.
Qeyd olunur ki, Lavrov və Zərif ticarət-iqtisadi və humanitar sahələrə də toxunublar: “Qarşılıqlı maraq doğuran məsələlərin bütün spektrləri üzrə dialoqun davam etdirilməsi barədə razılığa gəlindi”.
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı












