Leyla Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşdü - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vyetnama səfəri çərçivəsində bu ölkənin vitse-prezidenti Vo Ti An Suan ilə görüşüb.
Avtosfer.az xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın salamlarını Vo Ti An Suana çatdıran Leyla Əliyeva səfər zamanı keçirilən görüşlərin və aparılan müzakirələrin bundan sonra da əlaqələrə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.
Söhbət zamanı Azərbaycan və Vyetnamın dövlət başçılarının qarşılıqlı səfərlərindən sonra əməkdaşlığın və siyasi dialoqun intensivləşdiyi bildirilib.
Dövlətlərarası diplomatik münasibətlərlə yanaşı, xalqlar arasında əlaqələrin, o cümlədən qeyri-hökumət səviyyəsində əməkdaşlığın vacibliyi diqqətə çatdırılıb. Hanoy Ticarət və Turizm Kollecində, görmə qabiliyyəti məhdud uşaqlar üçün orta məktəbdə bir sıra görüşlərin keçirildiyi qeyd olunub, təhsil, sosial və ətraf mühitin qorunması sahələrində layihələrin bundan sonra da davam etdiriləcəyi bildirilib.
Görüşdə, həmçinin hər iki ölkənin turizm potensialının inkişafı baxımından əməkdaşlıq və ayrı-ayrı sahələri əhatə edən mübadilə proqramlarının icrası, iki ölkə mədəniyyətinin daha yaxından tanıdılması üçün tədbirlərin təşkili məsələləri diqqət mərkəzində olub.








Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir











