Leyla və Arzu Əliyevalar açılışda iştirak etdilər - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “Azərbaycan Uşaqları” İctimai Birliyinin (AUİB) yeni inşa edilmiş binasının açılışını ediblər.
Avtosfer.az xəbər verir ki, Leyla Əliyevanın təşəbbüsü ilə tikilmiş binanın açılışında AUİB-in sədri Kəmalə Ağazadə qonaqlara ictimai birlik və onun nəzdində fəaliyyət göstərən sosial xidmət müəssisəsi olan Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzi haqqında məlumat verərək, onları binada yaradılmış şərait ilə tanış edib.
Burada həssas qrupdan olan, məişət zorakılığı qurbanları və kimsəsiz, baxımsız uşaqların effektiv reabilitasiyası və sosial reinteqrasiyasın həyata keçirilməsi, onlara sosial, tibbi, psixoloji, hüquqi, təhsil, peşə bacarıqlarının inkişafı xidmətlərinin göstərilməsi üçün lazimi şərait yaradılıb. Xidmət göstəriləcək benefisiarların sağlamlığı və rahatlığı üçün binada müasir standartlara uyğun 60 çarpayılıq yataq otaqları, mətbəx, yeməkxana, camaşırxana, soyuducu və qida saxlama otaqları, asudə vaxtın təşkili və istirahət otaqları, izolyasiya, tibb, psixoloq otaqları, dərs, musiqi, şahmat, art terapiya bölmələri, kitabxana, təlim/seminar otağı, foto və video studiya, akt zalı və sərgi sahəsi mövcuddur. Həmçinin, həyətyanı sahədə abadlıq işləri aparılaraq ərazi yaşıllaşdırılmış və müxtəlif növ ağaclar əkilmiş, uşaqlar üçün istirahət guşəsi yaradılıb.
Qeyd edilməlidir ki, burada təkcə Uşaq Sığınacağında daimi yaşayan uşaqlarla bərabər gün ərzində təşkilata müraciət edən həssas ailələrindən olan uşaq və yeniyetmələr üçün də müxtəlif xidmətlər təqdim olunacaq, onların peşə və yaradıcılıq imkanları inkişaf etdiriləcək.
Açılış tədbirində Leyla və Arzu Əliyeva AUİB Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin sakinləri ilə görüşüb, onlara hədiyyələr təqdim edib və həmin uşaqlar tərəfindən təkrar emal olunan məmulatlardan hazırlanmış əl işlərindən ibarət “İkinci nəfəs” sərgisi ilə də tanış olub.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident






















