Maaş alan kimi bu səhvləri etməyin – İqtisadçıdan büdcəni qorumağın yolları

Gəlir səviyyəsindən asılı olmayaraq, maliyyə sabitliyini qorumağın və mövcud qiymət şəraitində büdcəni düzgün idarə etməyin əsas yolu planlı xərcləmə vərdişidir.
Avtosfer.az xəbər verir ki, bu sözləri “Yeni Sabah”a açıqlamasında iqtisadçı Ruslan Atakişiyev bildirib. Onun sözlərinə görə, xərclərə nəzarət etmək ay ərzində gözlənilməz kəsirlərin qarşısını almağa və mövcud vəsaitdən maksimum səmərəli istifadə etməyə imkan verir:
“Xüsusilə müəyyən olunmuş əməkhaqqı aralığında olan şəxslər üçün alış-veriş zamanı endirim və kampaniyalardan faydalanmaq mühüm rol oynayır. Aylıq gəlir daxil olduqdan sonra ilk növbədə kommunal və digər zəruri ödənişlər edilməli, yerdə qalan məbləğ isə prioritetlər üzrə bölüşdürülməlidir. Bu baxımdan, ayın əvvəlində gözlənilən xərclərin siyahısını tərtib etmək ən effektiv addımlardan biridir”.
Ekspertin fikrincə, hətta kiçikməbləğli qənaətlər də uzunmüddətli dövrdə ciddi bir yığım fondu yarada bilir:
“Statistikaya baxdıqda bəzi aylarda xərclərin normadan artıq olduğu ortaya çıxırsa, bu, büdcədəki “sızıntıları” aşkar etmək üçün yaxşı imkandır. Əsas məsələ daha çox vəsait aparan lazımsız xərc maddələrini müəyyənləşdirib onları müəyyən norma çərçivəsinə salmaqdır”.
Hava kəskin dəyişəcək: BU TARİXDƏ
Bu xəbər çoxlarını sevindirəcək - Bir qərar çox şeyi dəyişə bilər!
Prezident və ailəsi FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyib - FOTOLAR - YENİLƏNİB
Abşeron Gənclər şəhərciyində yolu su basıb - VİDEO
Qohumu cinayət törətmiş şəxs vəzifəsini itirə bilərmi? – CAVAB
Qətllə nəticələnən görüşü deputatın oğlu TƏŞKİL EDİBMİŞ - FOTO
Avtobusu sürməkdən imtina edən sürücü hələ iş başındadır? - AÇIQLAMA
Bakıda ölümlə nəticələnən davanın iştirakçılarından biri deputatın oğludur
DYP-dən nasaz avtomobil sahiblərinə - MÜRACİƏT
Bakıda kütləvi dava ölümlə nəticələndi – ANBAAN GÖRÜNTÜLƏR
“İçərişəhər–Həzi Aslanov” xəttində dəyişiklik sıxlığa necə təsir edəcək?












