Macarıstan səfirliyindən Azərbaycana dostluq jesti - FOTO

Dekabrın 8-də 1 və 3 saylı Bakı DOST Mərkəzlərində Macarıstan səfirliyinin təşəbbüsü ilə vətəndaşlara macar şirniyyatları təqdim olunub.
Agentlikdən verilən məlumata əsasən, macar kulinariya reseptləri əsasında hazırlanaraq “Bal-nar-dost” adlandırılan şirniyyatlarda Göyçay narı, İsmayıllı balı və Azərbaycanda istehsal olunan başqa ərzaqlardan istifadə olunub.
Macarıstanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Viktor Szederkenyi qış mövsümü və xeyriyyəçilik tədbirlərinin bu fəaliyyətə ən uyğun gələn DOST Agentliyindən başlandığını qeyd edib. Səfir çıxışında şirniyyata Macarıstan-Azərbaycan dostluq münasibətlərinin rəmzi kimi “Bal-nar-dost” adının verildiyini bildirib. O həmçinin, Azərbaycan xalqını qələbə münasibətilə təbrik edib, ölkəmizə sülh və əmin-amanlıq arzulayıb.
DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov tədbirin DOST Agentliyi və Macarıstan səfirliyi arasında qurulmuş əməkdaşlıq çərçivəsində həyata keçirildiyini deyib.
Tədbir Macarıstan səfirliyi və DOST Agentliyi arasında razılaşdırılmış əməkdaşlıq planı çərçivəsində həyata keçirilib.
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı












