Masallıda ər iki dostu ilə birlikdə keçmiş arvadını bıçaqladı

Masallıda bıçaqlanma hadisəsi baş verib.
Report-un verdiyi xəbərə görə, hadisə Viləş körpüsü adlanan ərazidə qeydə alınıb.
Rayonun Qəriblər kənd sakini, 1998-ci il təvəllüdlü Firuzə Natiq qızı Məmmədova keçmiş həyat yoldaşı tərəfindən bıçaqlanıb. Yaralı yaxınlarının köməyi ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona ilkin olaraq sağ döş qəfəsinin və bel nahiyəsinin iki ədəd kəsilmiş-eşilmiş yarası diaqnozu qoyulub. Yaralı cərrahi əməliyyat edilib.
Firuzə Məmmədovanın anası qızının bıçaqlanmasında digər şəxslərin də iştirak etdiyini iddia edib: “Qızım Lənkəran rayonunun Liman şəhərində ərdə olub. Həyat yoldaşından 3 ay əvvəl ayrılıb. Bir müddət əvvəl isə rəsmi olaraq boşandılar. Üç yaşlı qızları var.
Hadisə baş verən gün digər qızımın evində idik. Firuzənin telefonuna zəng gəldi. Keçmiş yoldaşı uşaq üçün bazarlıq etdiyini dedi və aldıqları şeyləri vermək üçün küçəyə çağırdı. Qızım da evdən çıxdı.
Firuzənin dediyinə görə, keçmiş həyat yoldaşı iki dostunun köməyi ilə onu zorla avtomobilə mindiriblər. Viləş körpüsünün üstündə həmin iki nəfər qızımın əllərini tutublar. Keşmiş əri isə ona bir neçə bıçaq zərbəsi endirib.
O, bundan sonra qızımın telefonu ilə mənə zəng edərək dedi ki, Firuzəni bıçaqla vurmuşam, gəl apar. İnanmadım. Bir az sonra başqa telefon nömrəsindən zəng edildi. Dedilər qızınız özünü yaralı vəziyyətdə bizim həyətə çatdırıb, gəlin xəstəxanaya aparın”.
İlkin məlumata görə, hadisəni törədən şəxs polisə könüllü təslim olub.
Faktla bağlı araşdırma aparılır.
Prezident və xanımı “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında - FOTOLAR - YENİLƏNİB
Manat-dollar məzənnəsi dəyişəcək? - 2027-ci il üçün PROQNOZ AÇIQLANDI
Sərnişin sıxlığını azaltmaq üçün hansı addımlar atılacaq? - AÇIQLAMA
Bakı və Sumqayıt arasındakı qatar reyslərinin sayı növbəti dəfə ARTIRILIR
Bu şəxslər üçün GEDİŞ HAQQI daha az olacaq
Sərnişinlərin nəzərinə: Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirildi - FOTO
İşdən çıxarılan icra başçısı məşhur şəxsin QARDAŞIDIR
15 sentyabr: Paytaxtın hazırda hansı küçələrində sıxlıq var? - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı-Kuryk bərə xətti ilə səyahət Azərbaycana nə qazandıracaq? - DEPUTAT
Paytaxtın bu küçələrində təmir işləri YEKUNLAŞIB
DTX-nin saxladığı tiktoker "Çevik"i hansı cəza gözləyir?











