Masallıda qanunsuz ov edənlər saxlanılıb - FOTO

Masallıda qanunsuz ov edənlər saxlanılıb.
Bu barədə Avtosfer.az-a DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib. Verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri tədbirlər nəticəsində rayonun Qızılağac kəndi ərazisində müvafiq icazə olmadan qanunsuz ov edən rayon sakinləri F.Əzizov, Ş.Əzizov, T.İbrahimov, Ə.Əliyev, Ş.Əliyev saxlanılıblar. Onlardan qanunsuz olaraq ovladıqları 22 ədəd çöl quşu aşkar edilib.
F.Əzizov və Ş.Əzizov barəsində İnzibati Xətalar Məcəlləsinin 272.3-cü (Ov qaydalarının kobud şəkildə pozulması) maddəsi ilə inzibati protokol tərtib olunaraq baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilib.
Digər 3 nəfər isə İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsinə əsasən cərimə olunublar.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












