Maşının nömrəsini saxtalaşdırıb tapança satan şəxs tutuldu - FOTO - VİDEO

Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində əməliyyat tədbiri həyata keçirilib.
Avtosfer.az xəbər verir ki, Abşeron rayon sakini olan Xəyyam Əbdülhüseynovun üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirməsi və satmaq istəməsi barədə polis əməkdaşlarına əməliyyat məlumatı daxil olub. Bölmə əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz tədbir nəticəsində həmin şəxs Binəqədi rayonu ərazisində saxlanılıb. Onun üzərinə baxış keçirilərkən 1 ədəd “Naqan” markalı tapança aşkar olunaraq götürülüb. X.Əbdülhüseynov silahın ona məxsus olduğunu və 1000 manata satmaq istəyən zaman saxlanıldığını bildirib.
Qeyd edək ki, X.Əbdülhüseynov odlu silahı satmağa gedərkən tanınmamaq üçün idarə etdiyi avtomobilin dövlət qeydiyyat nişanında dəyişiklik edib. Faktla bağlı 6-cı Polis Bölməsində saxlanılan şəxs barəsində toplanan materiallar Binəqədi RPİ-nin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.
Emin
DTX-nin axtardığı Xətayi KİMDİR? - DOSYE+FOTO
Bu qurumlar "Bakı Metropoliteni"nə birləşdirildi - RƏSMİ
Bir qrup mədəniyyət xadiminə Prezidentin fərdi təqaüdü veriləcək
Bir ixtisas üzrə QƏBUL DAYANDIRILDI - DİQQƏT
Prezident İrəvandakı tədbirdə onlayn çıxış etdi - FOTOLAR - YENİLƏNİB
Hikmət Hacıyev diplomatik korpus üzvlərinin Qarabağa səfərindən görüntülər paylaşıb - VİDEO
İlham Əliyev onu təltif etdi - SƏRƏNCAM
Bayrağa hörmətsizlik etdi, cavabı ağır oldu - VİDEO
İlham Əliyev onu təltif etdi - SƏRƏNCAM
Prezident fərman imzaladı
Günəşdə iki güclü partlayış qeydə alınıb
















