Məktəbdə “Diqqət, uşaqlar!” aylığı çərçivəsində tədbir keçirilib - FOTO

Daxili İşlər Nazirliyinin müvafiq əmrinə əsasən respublika ərazisində 2022-ci il sentyabr ayının 15-dən oktyabr ayının 15-dək “Diqqət uşaqlar!” adı altında hərəkətin təhlükəsizliyi aylığı çərçıvəsində maarifləndirici tədbirlər davam edir.
Avtosfer.az xəbər verir ki, 4 oktyabr 2022-ci il tarixində “Diqqət, uşaqlar!” aylığı çərçivəsində 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi 54 nömrəli tam orta məktəb ilə birgə “Yol hərəkəti qaydalarını öyrənək və əməl edək!” mövzusunda maarifləndirici tədbir keçirib.
Tədbirin keçirilməsində məqsəd uşaqlara yol hərəkəti qaydalarının kiçik yaşlardan öyrədilməsini təbliğ etmək və onlarla bağlı yol-nəqliyyat hadisələrinin sayını azaltmaqdır.
Tədbirdə yol nişanları, piyada keçidləri, təhlükəsizlik kəmərinin əhəmiyyəti ilə bağlı maarifləndirici videoçarxlar nümayiş olunub. Nümayiş olunan videoçarxlar vasitəsilə uşaqlar piyadaların səhvlərini müzakirə ediblər, təhlükəsizlik kəmərini bağlamayanda hansı pis nəticələrlə qarşılaşacaqları uşaqlara izah edilib. Videoçarxlardakı hadisələr haqqında uşaqların fikirləri dinlənilib və sualları cavablandırılıb.
Tədbirdə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş leytenantı Pərvanə Muradova, Nəsimi rayonu 19-cu polis bölməsinin inspektoru, polis kapitanı Zeynalov Əhməd, 54 nömrəli tam orta məktəbin rəhbərliyi, müəllim və şagird heyəti, 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin əməkdaşları iştirak ediblər.
Tədbirdə iştirak edən şagirdlərin sayı – 60 nəfər
Zakir Həsənov Türkiyədə işgüzar səfərdədir - FOTO
Leysan olacaq - XƏBƏRDARLIQ
Ceyranbatanda evlər niyə boş qalıb? - VİDEO
363 min manata ev aldı, mənzilə həbs qoyuldu - VİDEO
Azərbaycanda hava kəskin dəyişəcək: FHN xəbərdarlıq etdi
Bakı-Quba yolunda təhlükəli vəziyyət: İşıq dirəkləri var, işıq yoxdur - VİDEO
Aqşin Əliyevə yeni VƏZİFƏ VERİLDİ
İldırımlı hava səbəbindən bəzi uçuşlar təxirə düşdü - RƏSMİ
Sərnişinlərin NƏZƏRİNƏ! - Bu marşrutun yolu dəyişdirilir
Hesablama Palatası iki dövlət qurumunda NÖQSANLAR AŞKARLADI
Taksidə kondisioner üçün əlavə pul ödəməliyik? - VİDEO


























