Məşhur hotel AQTA-nın cəriməsini ləğv etdirdi: 4 il sonra gələn məktub

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Bakı Regional Bölməsinin məşhur "East Legened" hoteli barəsində tərtib edilmiş protokolu ləğv edilib. İşin ilginc tərəfi budur ki, agentlik protokol üzrə yazılmış cərimənin 4 il sonra ödənilməsini istəyib.
Avtosfer.az Musavat.com-a istinadən xəbər verir ki, agentlik hoteli 2021-ci ildə pandemiya ərəfəsində epidemiya əleyhinə rejimin qaydalarını pozduğu üçün inzibati qaydada protokol tərtib edərək 300 manat cərimələyib.
Hadisədən 4 il keçdikdən sonra agentlik hotel tərəfindən protokol üzrə cərimənin ödənilməsini istəyib. Lakin hotel məhkəməyə müraciət edərək protokolun ləğv edilməsinə nail ola bilib.
Belə ki, agentliyin 4 il sonra hotelə məktubla müraciət edərək, həmin qərarın icrasını tələb etməsini məhkəmə əsassız hesab edib. Belə ki, inzibati xətanın aşkara çıxarılmasında 4 aydan artıq müddət keçdiyi üçün inzibati məsuliyyətə cəlb etmə müddəti keçmiş hesab edilib.
Qərarda göstərilib ki, bu səbəbdən də İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə hotel məsuliyyətə cəlb edilə bilməz.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












