Metronun “Xocasən” stansiyası nə vaxt açılacaq? - RƏSMİ

Gələcəkdə istismara hazırlanan "Avtovağzal-Xocəsən" sahəsində işarəvermə sistemlərinin sınaq-tənzimləmə işləri davam etdirilir. Lakin stansiyanın istifadəyə verilmə tarixi konkret bəlli deyil.
Bu barədə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
"Konkret tarix yoxdur, bunu konkret deyə də bilmərik. Təxmin də yoxdur. Ümumən, 2023-cü ilin əvvəlinə qədər bu işi yekunlaşdırmaq istəyirik. Nə qədər tez olacaq, bu, artıq mürəkkəb məsələdir. Əlbəttə, istəyirik ki, daha tez istifadəyə verilsin. Yeni işıqfor, sürət göstəriciləri, xətlər var. Bu, yerin altında daha mürəkkəb sistemlərdən ibarətdir. Yolda olan sürətdən əlavə, qatarın daxilində də tənzimləmələr var.
Bu, elektron qaydada tətbiq olunan, bir-biri ilə bağlı, 100 dəfələrlə ağır prosesdir. Şəhərdə alternativ yol varsa, yerin altında alternativ yol yoxdur. Ona görə hər şey dəqiqliklə ölçülüb-biçilməlidir. Hazırda hələ avadanlıqların quraşdırılması və onların sınaq tənzimləmə işləri gedir. Bundan sonra qatarlarla birlikdə sınaq tənzimləmə işləri aparılacaq. Bu barədə də məlumat veriləcək".
Cebhe.info
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA











