Misir üç ildən sonra hava məkanını Qətər təyyarələrinə açdı

Misir rəhbərliyi Qətər təyyarələri üçün hava sahəsi açdığını və birbaşa uçuşlara icazə verdiyini açıqlayıb.
“Anadolu” agentliyi bu barədə ölkənin Mülki Aviasiya Təşkilatının başçısı Əşrəf Noyerin yazılı açıqlamasına istinadla məlumat yayır.
Noyer qeyd edib ki, Misir Qətər hava yolu şirkətlərinə tətbiq etdiyi embarqonu ləğv edib:
“Bu səhər Qətər təyyarəsinə Misir hava sahəsini istifadə etməyə icazə verildi”.
Onun sözlərinə görə, Misir hava yolu şirkəti “Egypt Air” və “Qatar Airways” qarşılıqlı uçuşlara başlayacaq.
Qeyd edək ki, beş yanvarda keçirilmiş 41-ci Körfəz Əməkdaşlıq Şurasının Sammitində əldə edilən əməkdaşlıq müqaviləsini Qahirə də imzalayıb və üç illik embarqodan sonra dörd ərəb ölkəsi yenidən Qətərlə ortaq məxrəcə gəlib.
Embarqoya görə 2017-ci ildən bəri Qətər və Misir arasında birbaşa uçuşlar mümkün olmayıb. Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn Qətər təyyarələri üçün hava sahəsini açıb.
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu












