MİDA iki şəhid ailəsini mənzillə təmin edib

Mənzil İnşaatı Dövlət Agentliyi, növbəti layihəsi – Hövsan Yaşayış Kompleksində mənzil seçmiş, lakin Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış 2 hərbçinin ailə üzvlərinin mənzillərlə təmin edilməsini öz öhdəsinə götürüb.
Bu barədə Avtosfer.az-a Agentlikdən bildirilib.
Məlumata görə, “Güzəştli mənzil” sistemində “azı 3 il hərbi xidmətdə olan, həmçinin ehtiyata və istefaya buraxılmış hərbi qulluqçular” kateqoriyası ilə qeydiyyatdan keçən 1991-ci il təvəllüdlü Hüseynov Orxan Bəhmən oğlu və 1994-cü il təvəllüdlü Hüseynov Fərid Fətəli oğlu 10.09.2020-ci ildə Hövsan Yaşayış Kompleksində mənzillərin satışında uğurla iştirak edərək 2 otaqlı mənzil seçiblər.
2020-ci il sentyabrın 27-də Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizəyə qoşulan hər iki hərbçimiz canından, qanından keçərək şəhidlik zirvəzinə ucaldığından mənzillərin rəsmiləşdirilməsi mümkün olmayıb. Ölkə başçısının siyasətinə uyğun olaraq, hər 2 hərbi qulluqçumuzun seçdiyi mənzillər onların ailələrinə təqdim edilib.
Mənzillə təmin olunmuş şəhid ailələri xalqımıza tarixi Zəfəri bəxş edən Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və Silahlı Qüvvələrimizlə qürur duyduqlarını qeyd ediblər. Onlara göstərilən yüksək diqqət və qayğıya, sosial müdafiələrinin gücləndirilməsi, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərə görə dövlət başçısına dərin minnətdarlıqlarını bildiriblər.
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu












