Moldovanın yeni prezidenti Ukraynaya avtomobillə səfər edəcək

Moldovanın qərbyönümlü mövqeyi ilə seçilən yeni prezidenti Maya Sandu ilk rəsmi səfərini bu gün Ukraynaya edəcək.
Avtosfer.az xəbər verir ki, bunu dövlət başçısının Mətbuat xidməti açıqlayıb.
Səfərlə bağlı Ukrayna Prezidentinin ofisi də məlumat yayıb. Bildirilib ki, Kiyevə səfəri zamanı M.Sandu ukraynalı həmkarı Vladimir Zelenski ilə danışıqlar aparacaq. Tərəflər bir sıra ikitərəfli sənədlər imzalayacaqlar.
Səfər çərçivəsində iki ölkənin nümayəndə heyətlərinin geniştərkibli görüşü olacaq. M.Sandu ilə Ukraynanın parlament və hökumət rəhbərləri arasında danışıqlar aparılması nəzərdə tutulur.
Məlumata görə, Kişinev ilə Kiyev arasındakı 500 km məsafəyə baxmayaraq, M.Sandu səfərə avtomobillə gedəcək. Bu qərar beynəlxalq reyslərin olmadığı zamanda ən qənaətcil və səmərəli yol olması ilə əlaqələndirilib.
Qeyd edək ki, bu, Moldova prezidentinin 2015-ci ildən bəri Ukraynaya ilk rəsmi səfəridir. Sonuncu dəfə Kiyevdəki görüş dönəmin Ukrayna prezidenti Pyotr Poroşenko və Moldovanın dövlət başçısı Nikolay Timofti arasında olub. Rusiya ilə sıx əməkdaşlığın tərəfdarı olan Moldovanın sabiq prezidenti İqor Dodon isə Ukraynaya rəsmi səfər etməyib.
Xatırladaq ki, Hərəkat və Həmrəylik Partiyasının rəhbəri, keçmiş baş nazir və Avropa İttifaqı üzlüyünün tərəfdarı Maya Sandu noyabrın 15-də keçirilən prezident seçkilərinin ikinci mərhələsində 57,75 faiz səs toplayaraq Moldovanın yeni prezidenti olub. Noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Moldovanın yeni prezidentini təbrik edib.
Təbrizli döyüşçü xanımdan azərbaycanca mesaj - VİDEO
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - VİDEO
İlham Əliyev sosial şəbəkə hesablarında Şamaxı səfəri ilə bağlı paylaşım edib - VİDEO
Məktəblərdə yeni təhsil modelinin tətbiqi şagirdlərə nə qazandıracaq? - AÇIQLAMA
Pensiyalarla bağlı gözlənilən XƏBƏR
Bakı Limanında yükaşırma göstəriciləri artıb - FOTO
Prezident və xanımı “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında - FOTOLAR - YENİLƏNİB
Manat-dollar məzənnəsi dəyişəcək? - 2027-ci il üçün PROQNOZ AÇIQLANDI
Sərnişin sıxlığını azaltmaq üçün hansı addımlar atılacaq? - AÇIQLAMA
Bakı və Sumqayıt arasındakı qatar reyslərinin sayı növbəti dəfə ARTIRILIR
Bu şəxslər üçün GEDİŞ HAQQI daha az olacaq










