Moskvadakı icazəsiz aksiya ilə bağlı cinayət işləri başlanılıb

Moskvada təşkil olunmuş razılaşdırılmamış aksiya ilə bağlı İstintaq Komitəsi tərəfindən cinayət işləri başlanılıb.
Avtosfer.az xəbər verir ki, bu barədə komitənin paytaxt üzrə qərargah rəhbərinin baş köməkçisi Yuliya İvanova “RİA Novosti”yə bildirib.
Onun sözlərinə görə, cinayət işləri “Dövlət məmuruna qarşı güc tətbiq etmə”, "Əmlakın qəsdən məhv edilməsi və ya zərər vurulması” və “Xuliqanlıq” maddələri əsasında qaldırılıb.
Bundan başqa, Puşkinskaya meydanında icazəsiz aksiya iştirakçılarından biri OMON əməkdaşını bir neçə dəfə vurub.
Svetnoy bulvarında etirazçılar bir avtomobilin yolunu bağlayaraq, onu zədələyiblər, həmçinin sürücünün üzünə gözyaşardıcı qaz səpiblər.
“İstintaq çoxlu sayda foto və videomateriallar əsasında qeydə alınan qanunazidd hərəkətləri araşdırmağa və təhlil etməyə davam edir, araşdırma nəticələrinə görə icazəsiz aksiyada iştirak edənlərin hərəkətlərinə qiymət veriləcək. Hazırda istintaq hadisənin bütün təfərrüatlarının müəyyənləşdirilməsi və aksiyada iştirak edən bütün şəxslərin tutulması istiqamətində bir sıra istintaq hərəkətlərini həyata keçirir”, - deyə İvanova əlavə edib.
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ












