Duracağa aparılan motosikl sürücülərinin vəsiqəsi yox imiş- RƏSMİ AÇIQLAMA - VİDEO

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən sorğumuza cavab olaraq bildirildi ki, həmin nəqliyyat vasitələrini idarə edən şəxslərin idarəetmə hüququ, eləcə də nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanı olmadığı üçün mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq hərəkətdən kənarlaşdırılıb. Mühafizə olunan duracağa təmin olunub və barələrində qanunamüvafiq tədbirlər həyata keçirilib.
***
22.01.2023, 19:57
***
Sosial şəbəkədə qayda pozan motokuryerlərin saxlanılaraq motosikletlərinin duracağa aparılması ilə bağlı video yayılıb.
Avtosfer.az xəbər verir ki, bu gün günorta saatlarında Bakının Nəsimi rayonunda motokuryerlər yol polisi tərəfindən saxlanılaraq motosikletlərinin cərimə meydançasına aparılması ilə bağlı şikayətləniblər.
Belə ki, motosiklet sürücüləri deyib ki, Dövlət Yol Polisinin əməkdaşları rayonun Neftçilər prospektində Dəniz vağzalının qarşısında onları saxlayıb və hansısa protokol tərtib etmədən motosikletləri duracağa aparılmaq üzrə evakuasiya edilib. Baş verən hadisəni telefonla çəkən motokuryerlər iddia edib ki, bunun üçün əraziyə post-patrul əməkdaşları da çağırılıb və hətta sürücülərdən biri 34-cü polis bölməsinə aparılıb.
Məsələ ilə əlaqədar Bakı Şəhər Dövlət Yol Polisinə müraciət etdik. Qurumdan məsələ ilə bağlı araşdırmalar yekunlaşdıqdan sonra açıqlama veriləcəyi bildirildi.
Sosial şəbəkədə yayılan həmin videonu sizə təqdim edirik:
Səfər
Metronun "Memar Əcəmi" stansiyasının girişində təhlükəli vəziyyət yaranıb? - RƏSMİ AÇIQLAMA
Müslümovla Hacıyevin əmlakları satışda - 350 minlik mənzil, avtomobillər… - FOTO
Həbs edilib azadlığa buraxılan məmurun milyonluq əmlakları satışa çıxarılır - ŞOK SİYAHI
Dörd ay əvvəl tutulan şirkət rəhbəri həbsdən buraxıldı - FOTO
“İnanın mənə, bu, xoş hissdir” - Prezident sülhdən danışdı
Prezident Davosda “Euronews”a müsahibə verdi - FOTOLAR - YENİLƏNİB
Fidan Azərbaycanla bağlı sevindirici xəbəri açıqladı
Bakıda piyada zonaları ilə bağlı VACİB MƏQAM - "Bunu etməsələr, effekt verməyəcək" - FOTO
Bakının bu rayonlarında söküntü planlaşdırılır - VİDEO
Prezident bu məmuru yüksək vəzifədən azad etdi - SƏRƏNCAM - FOTO
Azərbaycanda 6 gün qar yağacaq - XƏBƏRDARLIQ











