Müalicə aldığı ünvandan çıxan daha bir “COVİD-19” xəstəsi müəyyən edildi

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədi ilə genişmiqyaslı tədbirlər davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində koronavirus testi pozitiv çıxmış və ev şəraitində müalicə təyin edildiyi halda rayon sakini S. Əliyev karantin qaydalarına zidd davranaraq yaşadığı ünvanı tərk etdiyi aşkar edilib.
Onun özünə məxsus mağazada faəliyyət göstərərək koronavirus xəstəliyinin yayılmasına real təhlükə yaratdığı müəyyən edilib. RPŞ-nin əməkdaşları həmin şəxslə profilaktiki səpkidə söhbətlər aparıb, karantin rejiminin tələblərinə riayət edilməsinin vacibliyi onun diqqətinə çatdırılıb.
S.Əliyev tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana geri qaytarılıb.
Yevlax RPŞ-nin İstintaq Bölməsində araşdırma aparılır.
Hansı din xadimlərinin dövlət qulluğunda çalışmasına məhdudiyyət qoyulur? – DEPUTAT
Polad Həşimovun anasının son durumu AÇIQLANDI
Bakıda sürücülərin cərimələnməsinə səbəb olan yol xətlənməsi dəyişdirildi - VİDEO
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?












