"Nar" və "AzInTelecom" şəhid övladlarını sevindirdi - FOTO - YENİLƏNİB

15 sentyabr – Bilik günü ərəfəsində “Nar” sosial tərəfdaşlıq çərçivəsində “YAŞAT” Fondunun təşkil etdiyi ənənəvi “Məktəbli ləvazimatları” layihəsinə qoşulub. Artıq beşinci dəfə gerçəkləşən bu təşəbbüs şəhid övladlarının yeni tədris ilinə sevinc və ruh yüksəkliyi ilə başlamasına dəstək olmağı hədəfləyir.
Avtosfer.az xəbər verir ki, layihə çərçivəsində 1–11-ci siniflərdə təhsil alan 900-dən çox şəhidin 1500-dək övladına illik dərs ləvazimatlarından ibarət hədiyyə qutuları təqdim edilib. Respublikanın bütün bölgələrini əhatə edən bu dəstək məktəblilərin təhsil yolunda zəruri vasitələrlə təmin olunmasına və onların gələcəyə daha böyük ümidlərlə addımlamasına xidmət edir.
Qeyd edək ki, “Nar” davamlı olaraq Vətən uğrunda canından keçən qəhrəmanlarımızın ailələrinə və qazilərimizə dəstək göstərən layihələrə töhfə verir. Bu istiqamətdə reallaşdırılan sosial təşəbbüslər şirkətin korporativ sosial məsuliyyət strategiyasının əsas prioritetlərindəndir. Şəhid övladlarının təhsildə bərabər imkanlarla irəliləməsi, onların potensialının inkişafı və gələcəkdə cəmiyyətin fəal üzvü kimi formalaşmasına dəstək vermək mobil operator üçün xüsusi əhəmiyyət kəsb edir.
“Nar”ın dəstəyi ilə gerçəkləşdirilən bütün sosial layihələr haqqında daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 6 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
***
Yeni tədris ili öncəsi “AzInTelecom”un dəstəyi, “YAŞAT” Fondunun təşkilatçılığı ilə respublikanın müxtəlif regionlarında “Məktəbli ləvazimatları” layihəsi həyata keçirilib.
Avtosfer.az xəbər verir ki, layihə çərçivəsində 1500-ə yaxın şəhid övladına dərs ləvazimatlarından ibarət hədiyyə qutuları göndərilib. Qutulara məktəb çantası, dəftər, xəritə, gündəlik, termos, stolüstü lampa və digər zəruri tədris ləvazimatları qoyulub.
“AzInTelecom” üçün gənc nəslin təhsili və inkişafı xüsusi əhəmiyyət kəsb edir. Şirkət daha əvvəl “YAŞAT” Fondunun təşkilatçılığı ilə şəhid övladları üçün həyata keçirilən “Hədiyyə karvanı” layihəsinə də dəstək göstərib. “AzInTelecom” hər zaman bu istiqamətdəki sosial layihələrə dəstək göstərəcəyini bir daha bəyan edir.







İlham Əliyevdən Sabir Rüstəmxanlı ilə bağlı SƏRƏNCAM
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvana uçuşlar təxirə salındı - AZAL səbəbini açıqladı
İlham Əliyev Baxış Babayevlə bağlı SƏRƏNCAM imzaladı
Bu dəmir yolu marşrutu üzrə bayram reysləri təyin edildi - FOTO
10 Azərbaycan vətəndaşı 38 gün Ermənistanda qalıb
Prezident İlham Əliyev Cəbrayıla səfər etdi - FOTO - YENİLƏNİB
Bakıda bu marşrutların istiqaməti dəyişdi - SƏBƏB
Bu maşınlar operativ nəqliyyat vasitələri hesab ediləcək - Prezident təsdiqlədi
DTX-nin axtardığı Xətayi KİMDİR? - DOSYE+FOTO
Bu qurumlar "Bakı Metropoliteni"nə birləşdirildi - RƏSMİ








