Naxçıvan şəhər Sukanal İdarəsində nəqliyyat vasitələrinə baxış keçirildi - FOTO

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti”nin Nəqliyyat və Xüsusi Texnika İdarəsinin Naxçıvan şəhər Sukanal İdarəsində təşkil olunan növbəti tədbirində idarənin xüsusi texnika, nəqliyyat vasitələrinə baxış keçirilib.
Avtosfer.az xəbər verir ki, tədbirdə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Nəqliyyat və Xüsusi Texnika İdarəsinin rəis müavin Ülfət Kazımov, Naxçıvan şəhər Sukanal İdarəsinin rəisi Samir Baxşəliyev və idarənin əməkdaşları iştirak ediblər.
Ülfət Kazımov bildirib ki, Naxçıvan şəhər Sukanal İdarəsinin tabeliyində 16 ədəd texnika var ki, onlardan 3 ədədi tam yenidir. Digər texnikalar təmir edilərək, normativ qaydalara uyğunlaşdırılaraq istismara verilib. Ümümilikdə texnikalar qənaətbəxşdir.
İdarə rəisi Samir Baxşəliyev isə qeyd edib ki, Naxçıvan şəhəri üzrə 27 min 160 abonentə xidmət göstərilir. İdarənin tərkibində 4 ədəd qəza-bərpa avtomobili, 4 ədəd ekskvator-traktor, 1 ədəd BMC PRO 625 xüsusi təyinatlı kanal təmizləyən və 2 ədəd özü boşaldan yük avtomobili mövcudur. Qeyd olunan texnikalar vasitəsilə Qəza-bərpa xidməti tərəfindən 24 saat fasiləsiz olaraq əhaliyə xidmət göstərməkdədir.
Tədbirin sonunda idarənin nəzdində olan bütün növ avtomobillərə yerində baxış keçirilib və istismara hazırlıq vəziyyəti yoxlanılıb.
.jpeg)
.jpeg)
.jpeg)

Hesablama Palatası iki dövlət qurumunda NÖQSANLAR AŞKARLADI
Taksidə kondisioner üçün əlavə pul ödəməliyik? - VİDEO
Qənirə Paşayevanın qardaşına VƏZİFƏ VERİLDİ - FOTO
Azərbaycan neftinin bazar dəyəri niyə son aylarda tez-tez dəyişir? - AÇIQLAMA
Azərbaycanlı avtoritet Soçidə saxlanıldı, polis məntəqəsində öldü - FOTO
Bakının beş küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq - SİYAHI
Anar Bayramov bu xanımı işdən AZAD ETDİ
Onlar yüksək vəzifəyə TƏYİN OLUNDULAR - FOTO
Bu küçədə mobillik zolağı təşkil olunacaq - EKSPERT
Özəl parklanma məntəqələrində qiymətlər artırılıb? - VİDEO
Maskası cırılan “David Seliverstov” dastanı bitmir – Həbsdəki generalın yaxınlarından aldığı 90 min dolların SİRLƏRİ AÇILIR










