Nazir Rəşad Nəbiyev Ağdamda vətəndaşları qəbul edib - FOTO

Xəbərlər 24 İyun 2026 11:48
Nazir Rəşad Nəbiyev Ağdamda vətəndaşları qəbul edib - FOTO
WhatsApp kanalımıza abunə olun

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev 24 iyun 2026-cı il tarixində Ağdam şəhərində yerləşən Konfrans Mərkəzində Füzuli, Ağdam və Xocavənd rayonlarının sakinlərini qəbul edib. 

Avtosfer.az xəbər verir ki, vətəndaşların qəbulu zamanı nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri ilə bağlı müraciətlərə baxılıb.

Müraciətlərin mövcud qanunvericiliyin tələblərinə uyğun və operativ şəkildə araşdırılması ilə əlaqədar Nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verilib.

Vətəndaşların müraciətlərində göstərilən problemlərin bir qismi dərhal müsbət həllini tapıb.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin fəaliyyət sahələrinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınıb və müvafiq qurumlara göndərilməsi təmin olunacaq.

Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda iyun ayı üzrə vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilib.


Nazir Rəşad Nəbiyev Ağdamda vətəndaşları qəbul edib - FOTO

Oxunub : 112
ŞƏRH YAZ
Ad

E-mail

Şərh