Novxanı çimərliyində sürücülərə qarşı "xəndək" maneəsi - VİDEO

Novxanı çimərliyində vətəndaşların sahilə sərbəst girişini məhdudlaşdıran addım sosial şəbəkələrdə ciddi narazılığa səbəb olub.
Avtosfer.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Çimərlik ərazisindən paylaşılan video görüntülərdə sahil boyu uzun və dərin xəndəklərin qazıldığı əks olunub.
Görüntüləri çəkən vətəndaş bildirir ki, bu xəndəklər avtomobillərin dəniz kənarına yaxınlaşmasının qarşısını almaq üçün qəsdən qazılıb. Onun sözlərinə görə, bu addımın arxasında çimərlikdə fəaliyyət göstərən pullu obyektlərin və “besetkaların” (söhbətkahların) kommersiya maraqları dayanır. Sürücülər məcburən avtomobillərini uzaqda saxlamalı və ərazidəki pullu xidmətlərdən istifadə etməli olurlar.
“Bəlkə bir insanın imkanı yoxdur? Niyə hamı mütləq buradakı obyektlərdə oturub yemək yeməlidir? İnsanlar var ki, sadəcə özü ilə bir termos çay gətirib dəniz kənarında oturmaq istəyir. Bu qazılanlar qanunidirmi? Buna kim nəzarət edir?” – deyə şikayətçi vurğulayıb./BAKU.WS
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO












