Nazirlik 27 vəzifəli şəxsi cərimələdi

Cari ilin birinci yarımilliyində Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən dövlət büdcəsindən vəsait alan 77 təşkilatda, əsasən son 3 ili əhatə edən dövr üzrə nəzarət tədbirləri həyata keçirilib.
Avtosfer.az xəbər verir ki, yoxlamalar zamanı, hüquqi qiymət verilməsi üçün prokurorluq və hüquq-mühafizə orqanlarına göndərilmiş nəzarət obyektləri istisna olunmaqla digər nəzarət obyektlərində nöqsanlara yol verən vəzifəli şəxslər barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 410.1 və 410.2-ci maddələrinə əsasən inzibati xətalar törətdiklərinə görə 27 vəzifəli şəxsə cərimələr tətbiq olunub və həmin cərimələrin dövlət büdcəsinə ödənilməsi təmin olunub.
Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən aşkar edilmiş nöqsanların aradan qaldırılması, gələcəkdə təkrar olunmasının qarşısının alınması və nöqsanlara yol vermiş vəzifəli şəxslər barəsində səlahiyyətləri daxilində tədbirlər görülməsi məqsədilə aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanlarına müvafiq məktublar göndərilib.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












