Nazirlikdən şəhid ailələri ilə bağlı daha bir addım - FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi Vətən Müharibəsi şəhidlərinin ailə üzvlərinin, müharibə iştirakçılarının və erməni terrorundan əziyyət çəkən mülki şəxslərin özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin edilməsi prosesini davam etdirir.
Nazirlikdən bildirilib ki, bu dəfə kiçik təsərrüfatlar Bərdə, Tərtər və Hacıqabulda yaradılıb.
Şəhid Əzizov Ayşadın atası Qaryağdı Əzizova, şəhid Xudayar Yusifzadənin qardaşı Yusif Yusifzadəyə, şəhid Təhməzov Əlzaminin həyat yoldaşı Günay Təhməzovaya, müharibə iştirakçısının ailə üzvü Məsudə Musayevaya heyvandarlıq sahəsi üzrə aktivlər təqdim edilib.
Eyni zamanda, şəhidimiz Alışov Samir Cəlil oğlunun ailəsinə özünüməşğulluq proqramı çərçivəsində iribuynuzlu heyvanlar verilib.
Xatırladaq ki, həmin şəhidimizin və şəhid Xudayar Yusifzadənin ailələrinin ev şəraitinin ağırlığı nəzərə alınaraq, sosial tərəfdaşların dəstəyi ilə onlar üçün fərdi yaşayış evlərinin tikilməsi də qərara alınıb.
Erməni terroru nəticəsində evləri dağıdılmış, təsərrüfatları məhv edilmiş şəxslərin də sosial dəstəklə təmin edilməsi işləri davam edir.
Özünüməşğulluq proqramı çərçivəsində Tərtər və Bərdədə Gülbadam Xəlilova, Fəxrəddin Salayev və Firuzə Məmmədovaya heyvandarlıq təsərrüfatlarını yaratmaları üçün iribuynuzlu heyvanlar verilib.
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı












