Nərimanov rayon gəncləri yeni ilin ilk günündə şəhidlərimizi ziyarət etdilər - FOTO

Yanvarın 1-də Nərimanov rayonunun fəal gəncləri və könüllüləri Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən Vətən Müharibəsində həlak olmuş şəhidlərimizi ziyarət edib, ilin ilk günündə şəhidlərin xatirəsini dərin ehtiramla yad ediblər.

Gənclər Şəhidlər Xiyabanında, İkinci Fəxri Xiyabanda, Suraxanı rayonu Dədə Qorqud və Sabunçu rayonu Zabrat qəbiristanlıqlarında dəfn olunmuş Nərimanov rayonundan olan və digər şəhidlərin qəbirlərini ziyarət edərək məzarları üzərinə gül və əklil qoyublar.

Bildiyimiz kimi 30 ilə yaxın bir müddətdə işğal altında olan vətən torpaqlarımız Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə qüdrətli ordumuzun zəfər yürüşü nəticəsində işğaldan azad olundu. "Torpaq uğrunda ölən varsa Vətəndir" deyirlər.

Bu gün Albertlərin, Allahverdilərin, Əliflərin, Salatınların davamçıları olan qəhrəmanlarımız tarixi haqq-ədaləti bərqərar etdi. Onlar daim xalqımızın qəlbində yaşayacaqdır!
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu












