Nəsimidə problemli yollar və küçələrdə monitorinq keçirildi - FOTO
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) və “Regional İnkişaf” İctimai Birliyi (RİİB) arasında imzalanmış “Əməkdaşlıq Memorandumu” çərçivəsində paytaxt rayonlarında aparılan birgə monitorinqlər Nəsimi rayonunda davam etdirilib. Rayon ərazisində mövcud çatışmazlıqların aradan qaldırılması məqsədilə icra hakimiyyətinin əməkdaşları və RİİB könüllülərindən ibarət monitorinq qrupları reydlər keçirib.
Küçə və prospektlərdə, park və məhəllələrdə aparılan monitorinqlərin nəticələri əsasında yaşıllıq zolaqlarının salınması, küçələrin işıqlandırılması, asfalt örtüklərinin yenilənməsi, abadlıq işlərinin görülməsi, sakinlərin rahat və təhlükəsiz hərəkəti üçün səkilərin salınması və digər istiqamətlərdə təkliflər hazırlanır.
Növbəti mərhələdə təkliflərin aidiyyəti qurumlarla əməkdaşlıq əsasında reallaşdırılması üçün tədbirlər görüləcək.
Xatırladaq ki, daha əvvəl Səbail, Yasamal, Suraxanı, Binəqədi və Nərimanov rayonlarında keçirilmiş monitorinqlərin nəticələri üzrə bir sıra küçə və prospektlərdə səkilər təmir edilib, ağaclar budanıb, yaşıllıqlar salınıb, işıqlandırma sistemləri qurulub və digər zəruri abadlaşdırma işləri görülüb.
Fərid
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA












