"NetIX”lə əməkdaşlıq bizə qlobal şəbəkəyə çıxış imkanı yaradır”

NetIX şirkəti “Aztelekom”un təcrübəsi barədə qısa icmal yayımlayıb.
Məsələ ilə bağlı “Aztelekom”dan Avtosfer.az-a bildirilib ki, magistral internet provayderi kimi fəaliyyət göstərmək AZCON Holding şirkətlərindən olan “Aztelekom” MMC üçün mühüm bir addımdır.
“Biz qlobal operatorlar sırasına qoşularaq digər internet provayderlərinə data tranzit xidmətləri də göstərə biləcəyik.
Hədəfimiz təkcə Azərbaycanın daxilində deyil, regionda da güclü oyunçu olmaqdır. “NetIX” və digər beynəlxalq provayderlərlə əməkdaşlıq bizə daha qlobal şəbəkəyə çıxış imkanı yaradır. Bu, gələcəkdə həm qonşu ölkələrlə birbaşa trafik mübadiləsini, həm də Azərbaycanın regional “rəqəmsal körpü” rolunu gücləndirir.
“Aztelekom”un “backbone” internet provayder qismində fəaliyyətə başlaması şəbəkə resurslarının daha effektiv idarə olunmasına, ehtiyat kanallar vasitəsilə fasiləsiz xidmət təminatına və telekommunikasiya bazarında sağlam rəqabət mühitinin genişlənməsinə imkan yaradır. Bu yanaşma Azərbaycanın regionda rəqəmsal hab funksiyasını icra etməsinə şərait yaradır”, - deyə açıqlamada qeyd edilib.
Azərbaycanın qonşusunda COVİD -19 sürətlə YAYILIR
Müdafiə Nazirliyi məlumat yayıb - VİDEO
Lənkəranda üzərində oyuncaq silah gəzdirən şəxs saxlanıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ
Noyabrda 11 gün İŞ OLMAYACAQ
Dövlət Xidmətində yeni şöbə müdiri təyin edildi - FOTO
Maliyyə nazirinə yeni MÜAVİN TƏYİN EDİLİB
Mərkəzi Bankın ehtiyatları 15,4 milyard dollara çatıb, təklif tələbi üstələyib - İQTİSADÇI
Ramiz Mehdiyev AMEA Rəyasət Heyətinin üzvlüyündən də QOVULDU
Bu xanıma yüksək vəzifə verildi - FOTO
Sürücülər buna görə 50 manat cərimə olunacaq - YENİ QAYDA












