Nigeriyada qayığın batması nəticəsində 10 nəfər ölüb, 60 nəfər itkin düşüb
Xəbərlər
9 Oktyabr 2022 12:20

Nigeriyanın cənub-şərqindəki Anambra əyalətində qayığın batması nəticəsində azı 10 nəfər ölüb, 60 nəfər itkin düşüb.
Avtosfer.az Reuters agentliyinə istinadən xəbər verir ki, ölkənin Milli Fövqəladə Halların İdarə Olunması Agentliyindən göyərtəsində 85 nəfərin olduğu gəminin güclü daşqın nəticəsində çevrilərək batdığı bildirilib.
Anambra əyalət qubernatoru verdiyi açıqlamada bildirib ki, hadisə nəticəsində 10 nəfər boğularaq həlak olub.
Əyalətin Dövlət Fövqəladə Hallar Agentliyinin rəhbəri aparılan xilasetmə işləri sayəsində şənbə günü axşam saatlarına kimi 15 nəfərin xilas olunduğu barədə məlumat verib.
Qeyd edək ki, bu il güclü daşqınlarla üzləşən Nigeriyanın 36 əyalətindən 29-u arasında Anambra da yer alır. Yarım milyon sakinin həyatına təsir edən təbii fəlakət nəticəsində evlərə, əkin sahələrinə və yollara güclü ziyan dəyib.
Oxunub : 914
DİGƏR XƏBƏRLƏR
15 Noyabr 2026 19:20
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
15 Noyabr 2026 16:46
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
13 Noyabr 2026 20:40
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
13 Noyabr 2026 19:33
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
12 Noyabr 2026 22:22
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
12 Noyabr 2026 21:54
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
12 Noyabr 2026 19:50
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
12 Noyabr 2026 19:04
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
12 Noyabr 2026 18:22
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
12 Noyabr 2026 18:05
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
12 Noyabr 2026 14:36
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
12 Noyabr 2026 12:44
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
ŞƏRH YAZ












