Oğuzda əvvəllər işlədiyi obyektdən oğurluq edən tutulub - FOTO
Xəbərlər
9 Oktyabr 2022 14:00

Oğuz rayonunun Sincan kəndi ərazisində yerləşən metal qəbulu məntəqəsindən oğurluq edilib. Rayon Polis Şöbəsinə müraciət edən zərərçəkən obyektin kassasında olan 3000 manat pulun naməlum şəxs tərəfindən oğurlandığını bildirib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, daxil olmuş müraciət əsasında polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan cinayət əməlini törətməkdə şübhəli bilinən zərərçəkmişin qonşusu, əvvəllər həmin obyetdə işləyən Təvəkkül Salahlı tutularaq istintaqa təhvil verilib.
O, ifadəsində əməlini etiraf edib və ümumilikdə 4 dəfə müxtəlif vaxtlarda həmin məntəqəyə daxil olaraq pulları hissə-hissə oğurladığını bildirib.
Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, saxlanılan şəxsin digər hüquqazidd əməllərdə iştirakının olub-olmaması araşdırılır.
Oxunub : 1008
DİGƏR XƏBƏRLƏR
30 Avqust 2026 23:28
Zakir Həsənov Türkiyədə işgüzar səfərdədir - FOTO
30 Avqust 2026 19:54
Leysan olacaq - XƏBƏRDARLIQ
30 Avqust 2026 13:51
Ceyranbatanda evlər niyə boş qalıb? - VİDEO
30 Avqust 2026 10:54
363 min manata ev aldı, mənzilə həbs qoyuldu - VİDEO
30 Avqust 2026 10:23
Azərbaycanda hava kəskin dəyişəcək: FHN xəbərdarlıq etdi
30 Avqust 2026 09:20
Bakı-Quba yolunda təhlükəli vəziyyət: İşıq dirəkləri var, işıq yoxdur - VİDEO
29 Avqust 2026 23:59
Aqşin Əliyevə yeni VƏZİFƏ VERİLDİ
29 Avqust 2026 16:00
İldırımlı hava səbəbindən bəzi uçuşlar təxirə düşdü - RƏSMİ
29 Avqust 2026 14:36
Sərnişinlərin NƏZƏRİNƏ! - Bu marşrutun yolu dəyişdirilir
28 Avqust 2026 22:17
Hesablama Palatası iki dövlət qurumunda NÖQSANLAR AŞKARLADI
28 Avqust 2026 19:05
Taksidə kondisioner üçün əlavə pul ödəməliyik? - VİDEO
28 Avqust 2026 18:19
Qənirə Paşayevanın qardaşına VƏZİFƏ VERİLDİ - FOTO
ŞƏRH YAZ











