Ombudsman Qarabağda saxlanılan Ermənistan vətəndaşı ilə görüşüb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində saxlanılan şəxslərin saxlanma şəraiti, onların hüquqlarının təminatı vəziyyəti araşdırılır, başçəkmələr çərçivəsində yerində yoxlanılır.
Ombudsman Aparatının İnformasiya və ictimaiyyətlə əlaqələr sektorundan Avtosfer.az-a verilən məlumata görə, Ombudsman tərəfindən həyata keçirilən növbəti başçəkmə zamanı Ermənistandan olan və Azərbaycanın işğaldan azad olunmuş ərazisində müəyyən edilərək saxlanılan A.Q. da konfidensial qaydada qəbul edilib.
İnsan Hüquqları üzrə Müvəkkil tərəfindən həmin şəxsin müraciətləri dinlənilib, ona öz dilində qanunvericilik aktları təqdim edilməklə hüquqları izah olunub.
Hər hansı bir fərq qoyulmadan həmin şəxsə münasibətdə beynəlxalq hüquq normalarına, xüsusilə də Cenevrə Konvensiyalarının müddəalarına riayət edildiyi, hüquqlarının, lazımi tibbi və psixoloji xidmətin təmin olunduğu müşahidə edilib.
O, saxlanma şəraitindən və onunla rəftardan, qidalanmadan, tibbi xidmətdən razılıq etməklə yanaşı, göstərilən münasibətə görə Azərbaycan dövlətinə təşəkkürünü bildirib.
BMT-nin İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyasının Fakültativ Protokolu və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanununun tələbləri əsasında təşkil olunan, Ombudsmanın Milli Preventiv Qrupunun həkim üzvünün də iştirak etdiyi başçəkmə çərçivəsində müəssisədə saxlanma şəraiti ilə yanaşı, beynəlxalq hüquq normaları əsasında saxlanılan şəxsin hüquqlarının təmin edildiyi müşahidə olunub və o, qəbula görə Ombudsman Səbinə Əliyevaya minnətdarlıq edib.
Ermənistan Respublikası tərəfindən isə kombatant olmayanlara, yaralanaraq əsir düşmüş hərbi qulluqçularımıza və azərbaycanlı girovlara münasibətdə beynəlxalq humanitar hüquq normalarının, xüsusilə də Cenevrə Konvensiyalarının tələbləri ciddi şəkildə pozulmuş, onlara ilkin və zəruri tibbi xidmətlər göstərilməmiş, qida ilə təmin olunmamaqla yanaşı, işgəncələrə və qeyri-insani rəftara məruz qalmışlar.
Polad Həşimovun anasının son durumu AÇIQLANDI
Bakıda sürücülərin cərimələnməsinə səbəb olan yol xətlənməsi dəyişdirildi - VİDEO
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO












