Osloda Qarabağ həqiqətləri barədə məlumat verən 200 bilbord quraşdırılıb - FOTO

Norveçin paytaxtı Oslonun mərkəzindəki bir sıra ictimai yerlərdə Qarabağ həqiqətləri barədə məlumat verən 200 bilbord quraşdırılıb.
Avtosfer.az xəbər verir ki, bu layihə Norveçdə fəaliyyət göstərən “CAN” Azərbaycan diaspor təşkilatının təşəbbüsü və Diasporla İş üzrə Dövlət Komitəsinin maliyyə dəstəyi ilə həyata keçirilib.
Layihənin əsas məqsədi yerli ictimaiyyəti Qarabağ həqiqətləri barədə məlumatlandırmaq, müharibə zamanı baş verənlərə diqqət çəkməkdir.
Bilbordlarda üç məqam yer alıb: Birlikdə Qarabağda Azərbaycanın təhlükəsiz gələcəyinin qurulması üçün fəal şəkildə işləyə bilərik; Birlikdə sülh müqaviləsinə riayət olunmasına və ona hörmət edilməsinə səylər göstərilə bilərik; Birlikdə Azərbaycan ərazilərində humanitar aksiya çərçivəsində minalardan təmizləmə layihəsi keçirə bilərik.
Lövhələrdə dünya ictimaiyyətinin Ermənistanın azərbaycanlılara qarşı törətdiyi hərbi cinayətlərə diqqət yetirməyə çağırış da yer alıb.
Qeyd edək ki, bilbordlarda istifadə edilən fotoların bir hissəsi dünyaca məşhur fotoqraf Reza Deqati tərəfindən çəkilib.





Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu












