Pandemiyanın 2021-ci ildə inkişaf modeli

Çində pandemiyanın 2021-ci ildə inkişaf modelleri hazırlanıb.
“South China Morning Post” xəbər verir ki, elmi-araşdırma qrupuna Çinin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzindən, Xalq Qurtuluş Ordusundan və professor Syu Tszyanqonun rəhbərlik etdiyi bir sıra tədqiqat institutlarından çinli alimlər daxildir.
Modelə əsasən, ən pis variantda dünya miqyasında koronavirusa yoluxanların ümumi sayı önümüzdəki iki ayda 92 milyondan 170 milyona yüksələcək.
Eyni zamanda, qeyd edilir ki, dünyadakı xəstəliklərin ümumi sayının beşdə biri ABŞ-da olacaq.
“Martın əvvəlinə qədər COVID-19-dan ölənlərin sayı beş milyona çata bilər”, - deyə professor Tszyanqo bildirib.
Ən nikbin ssenarini həyata keçirmək üçün hər kəsin sosial məsafə və maska taxmaq qaydalarına riayət etməsi lazımdır, ölkələrin hökumətləri yalnız təsirli tədbirlər görməli və kütləvi peyvənd proqramını davam etməlidirlər.
Bütün bu şərtlər yerinə yetirilsə də, çinli alimlərin hesablamalarına görə, bu ilin mart ayının əvvəlinə qədər dünyada COVID-19-dan daha üç yüz min insan öləcək.
Alimlərin fikrincə, əsas problem SARS-CoV-2 virusunun qrip kimi inkişaf etməsidir. Bu o deməkdir ki, virusun insan orqanizminə uyğunlaşması xəstəliyin mövsümi xarakter daşımasına səbəb ola bilər və bu da onunla mübarizəni xeyli çətinləşdirəcək.
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi












