Pandemiyaya görə aviaşirkətlər ötən il 370 mlrd. dollar itirib

Ötən il beynəlxalq sərnişin daşımalarının həcminin 60% azalaraq 2003-cü ilin səviyyəsinə qayıdıb. Mütəxəssislərin fikrincə, 2021-ci il ötən ildən bir o qədər də yaxşı olmayacaq.
Bu barədə Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) apardığı araşdırmada deyilir.
Qeyd olunur ki, 2020-ci ildə daşınan sərnişinlərin sayı 60% azalıb. Pandemiyanın ilk ilində cəmi 1,8 mlrd. sərnişin daşınıb, halbuki 2019-cu ildə bu daşınan sərnişinlərin sayı 4,5 mlrd. bərabər idi.
COVID-19-un təsiri nəticəsində aviaşirkətlərin maliyyə itkiləri 370 mlrd. ABŞ dolları təşkil edib. Eyni zamanda, hava limanları və hava naviqasiya xidməti təminatçıları müvafiq olaraq 115 mlrd. dollar və 13 mlrd. dollar zərər edib.
Asiya-Sakit okean regionunda aviaşirkətlərin zərəri 120 mlrd. dollar, Avropada 100 mlrd. dollar, Şimali Amerikada 88 mlrd. dollar, Latın Amerikası 26 mlrd. dollar, Karib dənizi regionunda 22 mlrd. dollar, Yaxın Şərq və Afrikada isə 14 mlrd. dollar olub.
Ümumilikdə, dünya miqyasında daxili sərnişindaşımalar 50% azalıb.
ICAO 2021-ci ilin I rübündə hava nəqliyyatı ilə qlobal səyahətlərin bərpası üçün mənfi risklərin hökm sürdüyü və daha da pisləşə biləcəyi ehtimalına görə tələbin yaxın müddətdə azalmağa davam edəcəyini bildirir. Qlobal mənzərənin yaxşılaşması yalnız 2021-ci ilin II rübündən etibarən baş verəcəyi gözlənilir ki, bu da pandemiyanın idarə edilməsindən və peyvəndin yayılmasının effektivliyindən asılı olacaq. (Apa)
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...












