“Paşa Bank” “Toboil”i məhkəməyə verdi - 3 milyonluq borc
Xəbərlər
10 Oktyabr 2022 12:07

“Paşa Bank” “Toboil” yanacaq doldurma məntəqələri barəsində məhkəməyə müraciət edib.
“Qafqazinfo”nun məlumatına görə, şirkətin bank qarşısında 3 milyon manata yaxın kredit borcu var. Borc altı fərqli müqavilə üzrə yaranıb. Bunların arasında ən yüklü məbləğ bir müqavilə üzrə olan 2,6 milyon manatlıq müqavilədir.
Qeyd edilən kreditlər ödənilmədiyi üçün bank şirkət barəsində iddia qaldırıb. İddiaya Bakı Kommersiya Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə baxılır.
İş üzrə “Toboil” MMC ilə yanaşı, şirkətin rəhbəri Bəxtiyar Əzizli və daha 4 nəfər də cavabdeh kimi tanınıb. Həmin şəxslər kredit üzrə ipoteka qoyan şəxslərdir.
Qeyd edək ki, Bəxtiyar Əzizli iş adamı kimi tanınır. O, “Toboil”, “Neftgen” şirkətlərinin təsisçisidir.
Oxunub : 1442
DİGƏR XƏBƏRLƏR
15 Noyabr 2026 19:20
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
15 Noyabr 2026 16:46
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
13 Noyabr 2026 20:40
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
13 Noyabr 2026 19:33
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
12 Noyabr 2026 22:22
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
12 Noyabr 2026 21:54
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
12 Noyabr 2026 19:50
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
12 Noyabr 2026 19:04
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
12 Noyabr 2026 18:22
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
12 Noyabr 2026 18:05
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
12 Noyabr 2026 14:36
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
12 Noyabr 2026 12:44
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
ŞƏRH YAZ












