Paşinyan itkin düşən hərbçilərinin valideynləri ilə görüşmədi

Ermənistanın paytaxtı Yerevan şəhərində Dağlıq Qarabağda baş vermiş hərbi əməliyyatlar zamanı itkin düşmüş erməni hərbçilərin valideynləri və yaxınları baş nazir Nikol Paşinyanın kortejinin keçdiyi yolu bağlayıblar.
Avtosfer.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, yolun ortasında dayanan şəxslər baş nazirin gəlişini gözləyiblər.
Lakin hökumət başçısı onlarla görüşməkdən imtina edib. Daha sonra etiraz edənlərin on nəfəri ilə görüşməyi qəbul etsə də, bu baş tutmayıb.
Valideynlər hökumətdən əsgərlərin yerlərinin müəyyənləşdirilməsi ilə bağlı məsələnin həllini tələb edirlər.
Qeyd edək ki, artıq iki həftədir itkin düşən erməni hərbçilərinin valideynləri Ermənistan hökumətinin, Müdafiə Nazirliyi və Rusiya səfirliyinin binaları qarşısında etiraz aksiyaları keçirirlər.
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı












