Paşinyanın əleyhdarları aeroportun yolunu kəsdilər

Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edən etiraz aksiyasının iştirakçıları Yerevanda bir neçə dəqiqə ərzində "Zvartnos" aeroportu ərazisində dörd yolayrıcından birini bağlayıblar.
Bu barədə “Report” “Sputnik Armenia”ya istinadən xəbər verir.
Etirazçılar polisə onlara aksiyanın keçirilməsi üçün beş dəqiqə vaxt verməyi xahiş ediblər, onlar yolun bir hissəsini tərk ediblər, bundan sonra yolda hərəkət bərpa olunub. İştirakçılardan biri bildirib ki, etiraz aksiyaları Paşinyan və onun bütün komandasının istefasına qədər davam edəcək.
Yerevanda müxalifətin aksiyaları Paşinyanın Qarabağda atəşin dayandırılması haqqında sazişi imzalaması səbəbindən davam etdirilir. Nazirlər Kabinetinin başçısının vəzifədən getməsini tələb edən müxalifət qüvvələri baş nazir vəzifəsinə ölkə hökumətinin keçmiş rəhbəri Vazgen Manukyanın namizədliyini irəli sürüb.
Bir sıra yollarda görünüş məhdudlaşacaq - Sürücülərin nəzərinə!
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı












