Paytaxt meriyasının layihəsinin tətbiqi davam edir - FOTO

Azərbaycan Prezidenti İlham Əliyevin kommunal sahədə islahatların genişləndirilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq, Bakı Şəhər İcra Hakimiyyətinin həyata keçirdiyi bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsi layihəsi uğurla davam etdirilir.
Avtosfer.az xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, layihəyə bu ilin iyun ayından artıq 10-cu rayon – Xəzər rayonu da qoşulub. Bununla əlaqədar Xəzər Rayon İcra Hakimiyyətində müşavirə keçirilib.
BŞİH başçısının müavini Ayaz Hüseynov, Xəzər Rayon İcra Hakimiyyəti başçısı Elşən Salahov, Baki şəhər və Xəzər rayonunun kommunal sahələrinin rəhbərləri və ərazi üzrə nümayəndələrinin iştirak etdiyi müşavirədə layihənin gedişatı müzakirə edilib. Müşahidə olunan müsbət dinamika vurğulanıb.
Çıxış edənlər qeyd edib ki, layihə Prezident İlham Əliyevin tapşırıqları əsasında bütün paytaxt ərazisində uğurla tətbiq olunur. Bakı şəhərinin kommunal strukturlarının maddi-texniki bazası gücləndirilir və bu da öz növbəsində layihəni uğurla tətbiq etmək üçün imkan yaradır.
Müşavirədə həmçinin bəzi qəsəbə üzrə nümayəndələrə işlərin daha da gücləndirilməsi tapşırığı verilib.
Sabah bəzi sürücülər imtahana cəlb olunacaqlar - RƏSMİ
Azərbaycanın qonşusunda COVİD -19 sürətlə YAYILIR
Müdafiə Nazirliyi məlumat yayıb - VİDEO
Lənkəranda üzərində oyuncaq silah gəzdirən şəxs saxlanıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ
Noyabrda 11 gün İŞ OLMAYACAQ
Dövlət Xidmətində yeni şöbə müdiri təyin edildi - FOTO
Maliyyə nazirinə yeni MÜAVİN TƏYİN EDİLİB
Mərkəzi Bankın ehtiyatları 15,4 milyard dollara çatıb, təklif tələbi üstələyib - İQTİSADÇI
Ramiz Mehdiyev AMEA Rəyasət Heyətinin üzvlüyündən də QOVULDU
Bu xanıma yüksək vəzifə verildi - FOTO














