Peşə təhsilindən karyeraya: 11 gənc ADY ailəsinə qoşuldu - FOTO

Azərbaycan Dəmir Yolları ilə Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi arasında əməkdaşlıq çərçivəsində həyata keçirilən elektrik qatarının maşinist köməkçisi hazırlığı proqramı uğurla başa çatıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları QSC məlumat yayıb.
Bildirilib ki, proqram çərçivəsində maşinist ixtisası üzrə təhsil alan tələbələr arasından seçim əsasında qrup formalaşdırılıb. ADY-nin peşəkar əməkdaşları tərəfindən keçirilən nəzəri və praktiki təlimləri uğurla başa vuran iştirakçılar maşinist köməkçisi vəsiqəsi almaq üçün müsabiqədə iştirak ediblər.
Müsabiqənin nəticələrinə əsasən, 11 namizəd ADY-də işə qəbul olunub. Yeni əmək fəaliyyətinə başlayacaq namizədlərlə görüş keçirilib, onlara maşinist köməkçisi vəsiqələri təqdim olunub. Yeni əməkdaşları ADY kollektivinə qoşulmaları münasibətilə təbrik ediblər.
Qeyd edək ki, ADY ilə Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi arasında imzalanmış memorandum çərçivəsində mərkəzin tələbələri hər il ADY-də istehsalat təcrübəsi keçirlər. Təcrübə müddətində tələbələrin bilik və bacarıqları qiymətləndirilir, uğurlu nəticə göstərən məzunlar isə mövcud vakant vəzifələr üzrə işlə təmin olunurlar.
Müdafiə Nazirliyi məlumat yayıb - VİDEO
Lənkəranda üzərində oyuncaq silah gəzdirən şəxs saxlanıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ
Noyabrda 11 gün İŞ OLMAYACAQ
Dövlət Xidmətində yeni şöbə müdiri təyin edildi - FOTO
Maliyyə nazirinə yeni MÜAVİN TƏYİN EDİLİB
Mərkəzi Bankın ehtiyatları 15,4 milyard dollara çatıb, təklif tələbi üstələyib - İQTİSADÇI
Ramiz Mehdiyev AMEA Rəyasət Heyətinin üzvlüyündən də QOVULDU
Bu xanıma yüksək vəzifə verildi - FOTO
Sürücülər buna görə 50 manat cərimə olunacaq - YENİ QAYDA
Oğlunun adı qətldə hallanan deputat Arzuxan Əlizadə DANIŞDI
















