Polad Həşimovun şəhadətindən sonra orduya yazılan şəhidimiz - FOTO

30 illik həsrət bitdi. Azərbaycan Vətən Müharibəsində mənfur düşmən üzərində qələbə qazanaraq, öz doğma dədə-baba torpaqlarına qovuşdu və bununla da Qarabağ həsrətinə son qoyuldu.
Vətən Müharibəsində oğullarımız canlarından keçiblər. Şəhid olmuş qəhrəmanlarımızdan biri də Hacıyev Ülvi Şirin oğludur.
O, döyüşlərə gedənə kimi Dövlət Gömrük Komitəsinin əməkdaşı olub.
Ü.Hacıyev 13 noyabr 1994-cü ildə Bakıda dünyaya gəlib.
2012-ci ildə rus dili üzrə Azərbaycan Dövlət İqtisad Universitetinin iqtisadiyyat fakültəsinə daxil olub. 2016-cı ildə həmin universitetin Biznesin təşkili və idarə edilməsi (maliyyə üzrə) ixtisaslaşması üzrə magistraturasına daxil olub.
Qəhrəmanımız 2019-cu ildə hərbi xidməti başa vurduqdan sonra Dövlət Gömrük Komitəsinin “Qırmızı Körpü” gömrük postunda çalışmağa başlayıb.
O, Tovuz döyüşlərində general-mayor Polad Həşimovun şəhid olmasından sonra iş yoldaşları ilə birlikdə döyüşlərə könüllü yazılıb.
Onun xidmətinin bir ili tamam olduğu üçün Bakıya təyinat alıb. İki gün əvvəl paytaxta qayıdan Ü.Hacıyevə döyüşə getmək üçün məktub gəlib. Evdəkilərdən bu xəbəri gizlədərək, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Sabunçu Rayon İdarəsinə yaxınlaşıb. Yalnız döyüşlərə yola düşən zaman bu barədə qardaşına bildirib. Elə şəhidi də ən son görən qardaşı olub.
Şəhidin qardaşı Nicat Hacıyev deyir ki, qardaşı onunla sağollaşan zaman şəhid olarsa, adına bulaq və küçə olmasını istəyib:
“Mən də dedim ki, belə danışma, sağ-salamat qayıdacaqsan. Daha sonra təlim keçdikləri 10 nəfərlə birlikdə döyüşlərə yollanıblar. Ən son bizimlə Füzuli rayonu istiqamətində gedən döyüşlərdə olarkən danışdı”.
Şəhid döyüş keçdiyi həmkarları ilə birlikdə sözləşiblər ki, orada nə olsa, bir-birlərini qoruyacaqlar.
Döyüş yoldaşları deyir ki, Hadrut qəsəbəsi işğaldan azad olunandan sonra Cəbrayıl, Şuşa istiqamətinə gediblər. 36 saat susuz qaldıqları üçün yaxınlıqda ferma görüblər, su içmək istəyiblər və uçurumdan tullanıblar.
O zaman Ülvinin yanında yaralı dostu olduğu üçün tullanmayıb, bildirib ki, Teymur dincəlsin, gələcəklər. Digər dostları fermadan su içməyə gedən zaman döyüş olub və Ülvigil olan yerə pulemyot atıblar. Orada dostu ilə birlikdə şəhid olub.
Qəhrəmanımız “Vətən uğrunda” medalı ilə təltif edilib.
Sərnişinlərin NƏZƏRİNƏ: Bakıda bəzi marşrutların dayanacaqları DƏYİŞDİRİLDİ
Xırdalan – Sumqayıt sərnişin qatarlarının hərəkəti BƏRPA OLUNUR - VİDEO
Türkiyədə ağır cinayətlərə görə axtarılırdı: Bakıda SAXLANILDI
Azərbaycanda 13 yaşlı qız hamilə qaldı - Atasının 45 yaşlı dostu həbs edildi
Bakıda nişan və piyada keçidi tıxac yaradır? - VİDEO
“28 May”da sərnişinlərin hərəkəti necə tənzimlənir? - VİDEO
10 kiloqramlıq narkotik əməliyyatı: İmişlidə qadın saxlanıldı
Bakıda mağazada uçqun: Qadın dağıntılar altında qaldı - Hadisə yerindən GÖRÜNTÜLƏR - VİDEO
Bakıda məktəb sahibinə icarə haqqı niyə ödənilmir? - VİDEO
FHN-dən Qubada baş verən zəlzələ ilə bağlı AÇIQLAMA
"Tarqovı"da rəqs edən qızın GÖRÜNTÜLƏRİ qalmaqal yaratdı - FOTO - VİDEO










