Polis əməliyyat keçirdi, 75 kq narkotik götürdü

Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumatlar əsasında yanvarın 8-də keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb, onlardan ümumilikdə 37 kq 646 qram narkotik vasitə, o cümlədən 25 kq 146 qram tiryək, 7 kq-dan artıq heroin və 5,5 kiloqram marixuana götürülərək qanunsuz dövriyyədən çıxarılıb.
Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Belə ki, Baş İdarə əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən D.Həsənov Qaradağ rayonu ərazisində saxlanılıb. Şəxsi axtarış zamanı ondan 70 qrama yaxın tiryək aşkar edilib. Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun Müşfiqabad qəsəbəsindəki yaşadığı evə baxış zamanı isə oradan əlavə olaraq 20 kiloqramdan artıq tiryək və 1 ədəd elektron tərəzi götürülüb.
Növbəti əməliyyat tədbiri nəticəsində Masallı rayonu ərazisində saxlanılan Ə.Əzimovdan 3 kq-a yaxın heroin, 2 kq-dan artıq tiryək aşkar edilib. Davam etdirilən tədbirlərlə onun Masallı şəhərindəki yaşadığı evə baxış zamanı oradan əlavə olaraq 3 kq-dan artıq heroin, 3 kq-a yaxın tiryək və 5 kq 500 qram marixuana götürülüb.
Yasamal rayonu ərazisində keçirilən digər əməliyyat tədbiri nəticəsində saxlanılan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş H.Əliyevdən isə 804 qramdan artıq heroin aşkar edilərək götürülüb.
Faktlarla bağlı cinayət işləri başlanılıb, istintaq-əməliyyat tədbirləri aparılır.
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu












