Prezident: “Zəngəzur dəhlizi ilə Avrasiyanın yeni nəqliyyat damarı açıla bilər”

“Regionun gələcək inkişafı üçün unikal imkanlar yaranıb”.
Avtosfer.az-ın məlumatına əsasən, bunu Prezident İlham Əliyev keçirdiyi onlayn mətbuat konfransında deyib.
“Biz və bizim bir çox tərəfdaşımız hesab edir ki, müharibə başa çatıb. Biz artıq kitabın o səhifəsini bağlamalıyıq və gələcəyə baxmalıyıq”, - deyə Prezident əlavə edib.
Dövlət başçısı bildirib ki, Azərbaycanla qonşuları arasında regionun gələcək inkişafı, inteqrasiya layihələrinin icrası ilə bağlı fikir ayrılıqları yoxdur.
“Rusiya, Türkiyə və İran rəhbərləri ilə mənim bu məsələlərlə bağlı bir çox söhbətlərim olub. Biz faktiki olaraq tam yekdil fikir sərgiləyirik ki, bu imkanlardan maksimum səmərə ilə istifadə edək”.
Ölkə rəhbəri qeyd edib ki, Zəngəzur dəhlizi ilə Avrasiyanın yeni nəqliyyat damarı açıla bilər:
“Əgər müsbət meyllər üstünlük təşkil edərsə, hər bir icra edilən layihə özündən sonra digər layihəni də gətirib çıxaracaq”.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












