Prezidentin köməkçisindən koronavirusun yayılması ilə bağlı HƏYƏCAN TƏBİLİ

“Son həftələr ərzində Azərbaycanda koronavirusun yayılma dinamikası hər kəsi narahat edir. Təəssüflər olsun ki, bu xəstəlikdən ölənlərin də sayı artır”.
Avtosfer.az-ın verdiyi məlumata görə, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında operativ qərargahın brifinqində deyib.
Onun sözlərinə görə, sosial şəbəkələrdə də artıq hər bir şəxs qohumlarının bu xəstəliyə yoluxması barədə məlumatlar paylaşırlar:
“Yayılma tendensiyası ölkənin səhiyyə sistemi üçün ağır yük yaradır və tibbi müdaxiləyə ehtiyacı olan insanlar kənarda qala bilər”.
“Bu gün aktiv xəstələrin sayı 56 mindən artıqdır. Testlərdən keçməyərək, yüngül simptomlu şəxslər də var ki, kənarda qalır. Evdə müalicə olunanların sayı 48 mindir və xəstəxanada müalicə alınanların sayı səkkiz mindən çoxdur. Gündəlik koronavirusa yoluxma 4500 çərçivəsindədir ki, bunlar kifayət qədər həyacan təbili çalmağa əsas verir”, - deyə o qeyd edib.
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı












