Prezidentin təltif etdiyi general Tofiq Hüseynov kimdir?

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında" Sərəncam imzalayıb.
"Qafqazinfo"nun məlumatına görə, təltif olunanlar arasında generallar da var. General-mayor Tofiq Hüseynov isə Vətən müharibəsinə görə ilk dəfə ötən gün təltif edilib.
Məlumat üçün bildirək ki, general-mayor Tofiq Hüseynov Daxili İşlər Nazirliyi Daxili Qoşunlar Komandanı general-leytenant Şahin Məmmədovun 1-ci müavini - Qərargah rəisidir.
O, 1974-cü ildə Ermənistan SSR, Krasnoselsk rayonu, Ardanış kəndində anadan olub. 1992-1993-cü illərdə Azərbaycan Respublikasının Sərhəd Qoşunlarında müddətli həqiqi hərbi xidmət keçib.
1993-1997-ci illərdə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində təhsil alıb. Naxçıvan Dövlət Universitetinin Hüquq fakültəsini və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasını bitirib.
1997-2003-cü illərdə Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunlarında sərhəd zastavası rəisinin müavini, sərhəd zastavası rəisi, sərhəd komendantlığının komendantının müavini – qərargah rəisi vəzifələrində xidmət edib.
2003-2008-ci illərdə Dövlət Sərhəd Xidmətində baş zabit, çevik hərəkət taborunun komandiri olub. 2008-2017-ci ilə kimi DİN-nin Daxili Qoşunlarının Baş İdarəsinin Qərargahında Əməliyyat və döyüş hazırlığı İdarəsinin əməliyyat şöbəsində baş zabit, hərbi hissə komandirinin tərbiyə işləri üzə müavini və hərbi hissə komandiri vəzifələrində çalışıb.
Azərbaycan Prezidentinin 2017-ci il 27 yanvar tarixli sərəncamı ilə DİN-nin Daxili Qoşunları Qərargahı rəisinin 1-ci müavini vəzifəsinə təyin edilib. Bir il sona, Daxili Qoşunlar Komandanının 1-ci müavini – Qərargah rəisi vəzifəsinə gətirilib.
Respublikanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak edib. Xidməti fəaliyyətindəki uğurlu nəticələrinə görə, 2010-cu ildə “Hərbi xidmətlərə görə” və 2020-ci ilin martında isə “Vətən uğrunda” medalları ilə təltif edilib. O, general-mayоr rütbəsini 2018-ci ilin martın 9-da alıb.
Ailəlidir, iki övladı var.
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu












