Qadın bacısının ərinə xəsarət yetirdi - İmişlidə olay

İmişli rayonunda bacısının ərinə xəsarət yetirməkdə ittiham olunan 1990-cı il təvəllüdlü Xəyalə Nəsirovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Avtosfer.az teleqraf.com-a istinadən bildirir ki, Xəyalə Nəsirova İmişli şəhərində yaşadığı evin darvazasının qarşısında bacısının rəsmi nihahda olmaqla ayrı yaşadığı əri zərərçəkmiş İlkin Bayramov ona və bacısı Vüsalə Bayramovaya yad şəxsin avtomobili ilə evə qayıtdıqlarına görə irad bildirib.
Bu səbəbdən Xəyalə Nəsirova ilə İlkin Bayramovun arasında mübahisə yaranıb. Mübahisə zamanı Xəyalə Nəsirova İlkin Bayramovun sifətinə şillə, sonra isə yerdən götürdüyü çay daşı ilə alnına vurub.
İstintaq orqanı tərəfindən Xəyalə Nəsirovanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
İmişli rayon Məhkəməsinin hökmü ilə Xəyalə Nəsirovanın barəsində olan cinayət işi üzrə icraata xitam verilib.
Buna səbəb zərərçəkmiş İlkin Bayramovun Xəyalə Nəsirova ilə barışması barədə məhkəməyə təqdim etdiyi ərizə olub.
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı












