Qanunsuz ov edən və ov məhsullarını satan şəxslər cəzalandırılıb

Qanunsuz balıq ovunun və qeyri-qanuni əldə edilmiş ov məhsullarının yol kənarlarında satışının qarşısının alınması məqsədilə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən növbəti nəzarət tədbirləri keçirilib.
Xidmətin rəsmisi Bəhruz Məhəmmədov Avtosfer.az-a bildirib ki, Lənkəran rayonu, Qumbaşı kəndi ərazisində və Ələt-Astara magistral yolunun Biləsuvar rayonundan keçən hissəsində ovlanmış çöl quşlarının satılması faktları aşkar edilib.
O qeyd edib ki, araşdırma zamanı qanun pozucularının Biləsuvar rayon sakinləri Rafiq Orucov və Fariz Abbasov olduğu məlum olub: "Faktlarla bağlı protokol tərtib edilib və qanunamüvafiq tədbirlər görülüb. Kür çayının Tovuz rayonu Hunanlar kəndi ərazisindən keçən hissəsində isə qanunsuz balıq ovlayan bir nəfər saxlanılıb, qanun pozucusunun şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır”.
B.Məhəmmədov əlavə edib ki, ayrı-ayrı inzibati rayonların ərazisində qanunsuz ov edən Ağdaş rayon sakini Kamil İbrahimov, İmişli rayon sakini Toğrul Müseyiboğlu, Qusar rayon sakini Vahid Ələskərov, Şabran şəhər sakini Samir Gülməmmədov, Xırdalan şəhər sakini Vüqar Mahmudov, Bakı şəhər sakinləri Babək Babayev, Mənsum Köçəriyev, Qax rayon sakini Şeyx Musayev, Xızı rayon sakini Kamil Quliyev saxlanılıb və barələrində protokol tərtib edilərək cərimələnib.
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ












