Qarabağ Dirçəliş Fondu İT sistemlərini "Hökumət buludu"na köçürdü

"Hökumət buludu"nun (G-cloud) yaradılması və "bulud" xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 718 nömrəli Fərmanının icrası davam etdirilir.
Qarabağ Dirçəliş Fondu da Fərmanın icrası çərçivəsində informasiya sistemləri və ehtiyatlarını "Hökumət buludu"na köçürən dövlət qurumları sırasına qatılıb.
Fondun əsas rəqəmsal resursları "AZCON Holding" şirkətlərindən olan "AzInTelecom" MMC-yə məxsus Bakı Data Mərkəzinə yerləşdirilib. "AzInTelecom" tərəfindən Qarabağ Dirçəliş Fonduna "Virtual server - IaaS" (İnfrastructure-as-a-Service) və "Rezervlənmə - BaaS" (Backup-as-a-Service) "bulud" xidmətlərinin göstərilməsi təmin edilib. Bununla qurum kritik sistemlərin yüksək əlçatanlığına nail olub.
Qeyd edək ki, "Hökumət buludu" layihəsi çərçivəsində dövlət qurumlarının İT sistemlərinin "AzInTelecom"a məxsus Bakı Əsas və Yevlax Ehtiyat Data Mərkəzlərinə tam və ya qismən miqrasiyası həyata keçirilir. Miqrasiya nəticəsində qurumların cari İT xərcləri azalır, informasiya sistemlərinin məhsuldarlığı artır. Beləliklə, təkmilləşdirilmiş informasiya təhlükəsizliyinə, dayanıqlı İT infrastrukturuna, keyfiyyətli servis təminatı və 24/7 monitorinq xidmətinə nail olunur.
"AzInTelecom" MMC "bulud" xidmətləri üzrə beynəlxalq standartları müəyyənləşdirən "TIER III" sertifikatını Cənubi Qafqaz regionunda əldə etmiş ilk qurumdur.
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq












