Qarabağ ermənisinin pasportunda doğum yeri Azərbaycan yazıldı - FOTO

Qarabağda doğulan Ermənistan vətəndaşlarının yeni pasportlarında doğum yeri hissəsinə “Azərbaycan” yazılmağa başlanılıb.
“Qafqazinfo” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Yerevanın Ağsaqqallar Şurasının “Mənim addımım” fraksiyasından olan keçmiş üzvü Arsen Karapetyan sosial şəbəkədə yazıb. Karapetyan qeyd edib ki, dostu 80-ci illərin ortalarında Ağdərədə (Mardakertdə) anadan olub. Daha sonra isə Rusiyada yaşayıb və hazırda Ermənistan vətəndaşlığı almaq üçün müraciət edib. Onun pasportunda doğum yeri kimi isə Azərbaycan göstərilib.
Dostuna verilən yeni vəsiqənin fotosunu “Facebook”da paylaşan Karapetyan yazıb:
“Azərbaycan SSR yox, Azərbaycan. Dostum indi deyir ki, nəhayət, arzuladığı vətəndaşlığı alıb, artıq o da Azərbaycandandır. Bu nə deməkdir?”.
Məsələ ilə bağlı Ermənistan polisinin pasport və viza şöbəsinin rəis müavini Məryəm Gevorkyan belə açıqlama verib:
“Vətəndaş Azərbaycan SSR-də anadan olub. Ermənistan Respublikasının pasportu səyahət sənədidir, beynəlxalq standartlara uyğundur, ona görə də keçmiş SSRİ ölkələri üçün heç bir kod yoxdur. Başqa sözlə, əgər bir insan keçmiş SSRİ-nin hər hansı ölkəsində anadan olubsa, onun doğulduğu yer ölkənin indiki adı ilə pasporta yazılır. Yəni Gürcüstan SSRİ deyil, Gürcüstan. Bu, çoxdankı təcrübədir”.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












