Qarabağ suvarma kanalının yenidən qurulması ilə bağlı işçi qrupunun iclası keçirildi

Qarabağ suvarma kanalının yenidən qurulması ilə bağlı yaradılmış işçi qrupunun növbəti onlayn iclası keçirilib.
Avtosfer.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib.
İclasda çıxış edən işçi qrupunun rəhbəri Rafiq Aslanov kanalın 1958-ci ildə istifadəyə verildiyini, 172,4 km uzunluğa və 113 m³/san normal su sərfinə malik olduğunu qeyd edib. Bildirilib ki, Mingəçevir su anbarından başlanğıcını götürən kanal 1 şəhər və 8 rayonun 115 min hektara yaxın əkin sahəsinin suvarılmasında və yaşayış məntəqələrinin içməli su ilə təminatında mühüm rol oynayır. Yay aylarında Araz çayında su çatışmazlığının aradan qaldırılması üçün kanal vasitəsilə suyun Bəhramtəpə hidroqovşağına ötürüldüyü və bu yolla əlavə 5 rayonun da su təminatının yaxşılaşdırıldığı vurğulanıb.
Qeyd olunub ki, kanalın torpaq məcralı olması səbəbindən sızmalar torpaqlarda şorlaşma yaradıb, məhsuldarlığı azaldıb və bu səbəbdən sonradan kollektor-drenaj şəbəkəsi inşa olunub.
İclasda layihənin texniki-iqtisadi göstəriciləri üzrə alternativlər təqdim edilib, iştirakçıların təklifləri dinlənilib və texniki-iqtisadi əsaslandırmanın daha dolğun hazırlanması qərara alınıb. Layihə, Prezidentin 15 aprel 2024-cü il tarixli sərəncamına əsasən həyata keçirilir.
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA












